Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
GünAzTv: Bu barədə Güney Azərbaycanın Şərqi Azərbaycan vilayətinin Milli, Mədəni İrsin Qorunması İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Fərinuş Əkbərzadə APA-ya eksklüziv açıqlama verib.
"Tarixi Xudafərin məntəqəsində arxeoloji qazıntılar olub, orada müəyyən vaxtlarda yenə də qazıntılar aparılır. Qazıntılar zamanı qədim dövrə aid müxtəlif əşyalar aşkar olunur. Amma oradakı qazıntılarda mumiyalanmış insan cəsədi tapılmayıb". Bu eksklüziv açıqlamanı APA-ya Güney Azərbaycanın Şərqi Azərbaycan vilayətinin Milli, Mədəni İrsin Qorunması İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Fərinuş Əkbərzadə verib. Onun sözlərinə görə, 2008-ci ildə həmin ərazidə bir qrup təxribatçı şəxs müəyyən məqsədlərlə, xüsusi ustalıqla hazırlanmış sandığın içərisində mumiyalanmış müqəvva basdırıb. Həmin qızılı rəngli sandıq və mumiya İran arxeoloqları tərəfindən aşkar edilərək götürülüb. Araşdırma nəticəsində mumiyanın insan cəsədi deyil, müqəvva olduğu müəyyənləşdirilib, sandığı ərazidə basdıranlar isə polis təhqiqatı nəticəsində tutularaq cinayət məsuliyyətinə cəlb edilib. F.Əkbərzadə hazırda həmin şəxslərin həbsdə olduğunu deyib. Qeyd edək ki, İranın müxtəlif mənbələri bu məsələ ilə bağlı hələ bir neçə il əvvəl müxtəlif məlumatlar və mumiyalanmış padşahın fotosunu yayıb. www.blogfa.com internet qəzetinin yaydığı məlumatda bildirilir ki, hələ 2008-ci ilin yanvar ayının əvvəlində İranın Antik Araşdırmalar İnstitutunun rəhbəri Həsən Fazili bildirib ki, səddin yaxınlığında 5 arxeoloji qrup araşdırma işləri aparmaqla məşğuldur. O, Xudafərin Su Anbarı yaxınlığında aparılan qazıntılar zamanı mumiyalanmış insan cəsədinin tapıldığını təkzib edib və bunu şayiə adlandırıb. 2008-ci il dekabr ayının axırlarında isə H.Fazili "Fars" xəbər agentliyinə bildirib ki, İran regionunda yaşayan əhali, xüsusilə də Azərbaycan xalqı qədim dövrlərdən tək Allahlığa inanıb. Onlar heç vaxt dəfn edilərkən mumiyalanmayıb. Elə həmin tarixdə İranın Şərqi Azərbaycan vilayətinin Mədəni İrsin Qorunması İdarəsinin rəhbəri Turab Məhəmmədi də Şərqi Azərbaycan vilayətinin tarixi ərazisi olan Xudafərində mumiyalanmış cəsədin aşkarlandığını təsdiqləməyib. Amma 2008-ci ilin dekabr ayının son 10 günlüyündə www.milliharakat.com saytı İran milli hərəkat təşkilatının rəhbərlərindən olan Əlirza Fərşi Şərqi Azərbaycan vilayətinin Arazbaran qəsəbəsinə aid olan Araz çayının kənarında, eləcə də tarixi Xudafər məntəqəsində yerləşən qədim Şuceyli kəndinin köhnə qəbiristanlığında qızıl sandıqda tapılan mumiyalanmış padşahın cəsədinin həqiqət olduğunu bildirib. O, həmin cəsədin Şərqi Azərbaycan Vilayətinin Milli İrsin Qorunması İdarəsinin işçiləri tərəfindən aparıldığını və bu barədə mətbuata məlumat verilmədiyini deyib. Ə.Fərşinin sözlərinə görə, yaşı 3500-4000-ə çatan bu padşahın əlində böyük bir qılınc olub və o, yanında bir öküzlə aşkarlanıb. Ə.Fərşi əlavə edib ki, bu birinci və axırıncı tapıntı deyil. Araz çayı sahillərində, xüsusən də Xudafərin məntəqəsinin dağılmış qədim kəndlərində bu kimi tapıntılar çox olub və bundan sonra da, güman ki, olacaq. APA-nın əməkdaşı ilə söhbətdə həmin hadisənin canlı şahidi olmuş yerli sakin belə bir mumiyanın tapıldığını təsdiqləyib. Adının çəkilməsini istəməyən həmin şəxs mumiyanın tapıldığı ərazinin yaxınlığındakı kəndlərin əhalisinin də bu mənzərənin şahidi olduğu bildirib. Mumiya elə tapıldığı yerdə videolentə də çəkilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nailə Vəlixanlı isə APA-ya bildirib ki, onlar mumiyalandığı deyilən padşahın yalnız şəklini görüblər. Həmin şəkil vasitəsilə də padşahın sinəsində yerləşdirilmiş lövhədəki yazıları oxumağa çalışıblar: "Həmin yazı mixi yazısına oxşadılır. Amma mixi yazılarını oxuyan mütəxəssislərimiz də bu yazıdan bir şey oxuya bilməyiblər. Mixi yazısının çox gözəl oxuyan Solmaz Qaşqay da bu yazını oxuyanda dedi ki, burada mənalı, anlaşıqlı bir fikir alınmır. Bu yazıya bizim arxeoloqlarımız, tarixçilərimiz də baxıb, müzakirələr də aparıblar. Ümumiyyətlə, bu mumiya çox müəmmalıdır. Onun həqiqət olub-olmadığı bilinmir, heç kəs də mumiyanın tapıldığını dəqiq təsdiqləmir. Xəbəri şayiə formasında yaymaqla, heç kimin boynuna heç nə qoymaq olmaz. Mumiyanın tapıldığını iddia edən şəxslər varsa, onlar çəkinmədən üzə çıxsınlar və açıq-aydın müsahibə versinlər ki, hadisə necə olub. Onda bu hadisənin dalınca düşmək olar". N.Vəlixanlı deyib ki, həmin yazının oxunması üçün AMEA tərəfindən bundan sonra hər hansı səylərin göstərilməsi nəzərdə tutulmur: "Çünki real olmayan hadisəni şəkil əsasında sübuta yetirmək olmaz". Şəklə müdaxilələrin də ola biləcəyini istisna etməyən AMEA rəsmisi onun düzəltmə ola biləcəyini də mümkün sayır: "İndi kompüter əsridir, nə istəsən düzəltmək olar. Bu şəkil qurama da ola bilər. Bunun həqiqət, ya da qurama olduğu barədə indiyədək dəqiq fikir söylənilmir. Bu mumiya elə bil ki, hər hansı bir muzeydən götürülüb. Tapıntıya bir o qədər də oxşamır".
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub