SON XƏBƏRLƏR

Amerikada Azərbaycan dili kursları açılacaq

2021.10.20, 07:36
Amerikada Azərbaycan dili kursları açılacaq

Gunaz.tv

GünAzTv: Bu ilin payızında ABŞ-ın (Amerika Birləşmiş Ştatları) paytaxtı Vaşinqton şəhərində Azərbaycan dili kursları açılacaq.

 

GünAzTv mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi Azərbaycan dili kursunun payız semestrini elan edib. Kurs giriş, 1-ci və 2-ci səviyyədən ibarətdir. Birinci dərs oktyabrın 4-də keçiriləcək. Qeydiyyat müddəti sentyabrın 24-də sona çatır. Mərkəzin nümayəndələri bildiriblər ki, bu cür kurslar hər il keçirilir. Kurslara təkcə Vaşinqtondan deyil, başqa şəhərlərdən də Azərbaycan dili ilə maraqlananlar gəlir. Vaşinqtondakı dil mərkəzlərinin bir çoxunda da Azərbaycan dili kursları fəaliyyət göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar