SON XƏBƏRLƏR

İranda müxalif ayətullahın evinə hücum edilib

2021.10.20, 07:36
İranda müxalif ayətullahın evinə hücum edilib

Gunaz.tv

GünAzTv: Avqustun 25-i sübh saatlarında hökumət tərəfdarı olduğu güman edilən maskalı şəxslər müxalif ayətullah Seyid Əli Məhəmməd Dəstğeybin evinə hücum çəkib.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, , onlar evin qapısına rəng atıb şüarlar səsləndirdikdən sonra motosikletlə uzaqlaşıblar.

Bir həftə əvvəl Şirazdakı cümə namazında dolayı yolla dini rəhbər Əli Xamneyini tənqid edən Ayətullah Seyid Əli Məhəmməd Dəstğeyb demişdi ki, dini rəhbər ölkə konstitusiyasına hegemonluq etməməli, ona tabe olmalıdır. Onun bu sözü hakim dairələrdə qəzəblə qarşılanmışdı.

2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra ayətullah Seyid Əli Məhəmməd Dəstğeyb dəfələrlə öz bəyanat və çıxışlarında hakimiyyətin dinc müxaliflərə qarşı repressiyalarını pisləyib. O, ölkənin mövcud durumu və hökumətin müxaliflərlə davranış tərzini tənqid etdiyi üçün dəfələrlə təzyiq və təhdidə məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar