SON XƏBƏRLƏR

Bakıda S.C.Pişəvəri anıldı

2021.10.20, 07:36
Bakıda S.C.Pişəvəri anıldı

Gunaz.tv

GünAzTv: Avqustun 26-da Saat 12:00-da Fəxri xiyabanında Pişəvərinin məzarı ziyarət edilmişdir.

 Avqustun 26-da Bütöv Azərbaycan Birliyi və Azərbaycan Demokrat Firqəsinin üzv və tərəfdarlarının təşəbbüsü ilə 20-ci əsr Azərbaycan milli-siyasi hərəkatının rəhbərlərindən, 1945-46-cı illər Güney Azərbaycanda qurulmuş Milli Hökumətin rəhbəri S.C.Pişəvərinin doğum günü münasibətilə tədbir keçirilmişdir.

Saat 12:00-da Fəxri xiyabanında Pişəvərinin məzarı ziyarət edilmişdir. Fəxri xiyabanında Bütöv Azərbaycan Birliyi, ADF, GAQP(Güney Azərbaycan Qurtuluş Partiyası), GAİP (Güney Azərbaycan İstiqlal Partiyası), Dünya Azərbaycanlıları Konqresi, GünAz TV nümayəndələri, xaricdən olan qonaqlar və müstəqil şəxslər iştirak etmiş və Milli Hökumət, S.C.Pişəvəri ilə bağlı fikirlərin bölüşmüşdürlər.

Saat 14:00-da isə Bütov Azərbaycan Birliyinin qərargahında eyni mövzuda dəyirmi masa keçirilmiçdir.

Çıxışlarda Pişəvərinin həyat və fəaliyyət yolu haqda danılşılmış, gördüyü işlər dəyərləndirilmişdir.

Çıxışlar zamanı zəngin tarixi təcrübəsi olan Azərbaycan Milli Hərəkatının hazırkı durumu qısaca olaraq müzakirə edilmiş, hal hazırda vurğulanan hərəkatın zəngin təcrübəsindən istifadənin vacibliyi qeyd edilmişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar