SON XƏBƏRLƏR

Rəsmi Tehran 25 kq 20 faiz zənginləşdirilmiş uran istehsal etdiyini bildirib

2021.10.20, 07:36
Rəsmi Tehran 25 kq 20 faiz zənginləşdirilmiş uran istehsal etdiyini bildirib

Gunaz.tv

GünAzTv: Bunu İranın Atom Enerjisi Şurasının rəhbəri Əli Əkbər Salehi bildirib.

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, İranın atom enerjisi üzrə təşkilatının rəhbəri Əli Əkbər Salehi bəyan edib ki, Tehrandakı tibbi araşdırma reaktorunda istifadə edilməsi üçün təxminən 25 kq 20 faiz zənginləşdirilmiş uran istehsal ediblər. Buşer nüvə mərkəzi və gələcəkdə tikiləcək digər mərkəzlər üçün yanacağa ehtiyacları olduğunu deyən İran rəsmisi əlavə edib ki, uranı zənginləşdirmə işləri davam edəcək. Əli Əkbər Salehi bildirib ki, nüvə mərkəzləri üçün yanacağın hamısını İranda istehsal etmək fikrində deyillər. Bu məqsədlə Rusiyaya birgə yanacaq istehsalı üçün konsorsium yaratmağı təklif ediblər. Salehinin sözlərinə görə, hazırda Rusiya tərəfi birgə konsorsium yaradılması barədə təklifi araşdırır. Nüvə yanacağı istehsalı üçün lisenziyanın Rusiyaya aid olacağını deyən İranın Atom Enerjisi Şurasının rəhbəri təkliflərdə bəzi işlərin Rusiyada, bəzilərinin isə İranda görülməsini nəzərdə tutduqlarını qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar