SON XƏBƏRLƏR

İraq yenidən qan gölünə dönüb

2021.10.20, 07:36
İraq yenidən qan gölünə dönüb

Gunaz.tv

GünAzTv:  İraqın 7 şəhərində planlı şəkildə təşkil edilən terror hücumlarında ölənlərin sayı 79-a çatıb, 286 nəfər isə yaralanıb.

 

ABŞ (Amerika Birləşmiş Ştatları) əsgərlərinin hərbi əməliyyatlara son verməsi və 31 Avqustdan etibarən bu bölgədəki əsgərlərini çıxarma ərəfəsindəykən təşkil edilən hücumlarla əlaqədar şərh verən ABŞ ordusunun sözçüsü general Stephen Lanza bunların, İraq təhlükəsizlik qüvvələri arasında etibarsızlıq yaradılmasını hədəfləyən "ümidsiz hücumlar" olduğunu ifadə edib.

 

Lanza, Əl Qaidəni də günahlandıraraq, bu təşkilatın yalnız Bağdadda deyil, bütün İraqda yenidən varlığını hiss etdirməyə çalışdığını qeyd edib.

Xatırladaq ki, 2003-cü ildən bu yana İraqdakı terror hücumlarında təxminən 10 min əsgər və polis həyatını itirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar