SON XƏBƏRLƏR

Rəsmi Bakı Ermənistanla Türkiyə sərhədinin müvəqqəti açılımına münasibət bildirib

2021.10.20, 07:36
Rəsmi Bakı Ermənistanla Türkiyə sərhədinin müvəqqəti açılımına münasibət bildirib

Gunaz.tv

GünAzTv: Bu barədə jurnalistlərə Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənov münasibət bildirib.

 

"Biz əvvəlcədən də bildirmişik ki, bu gün işğalçı Ermənistanla Türkiyənin sərhədlərinin açılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir.    Hər iki halda bu, işğalçı rejimin bir az da əl-qolunun açılmasına, danışıqlarda daha qeyri-konstruktiv mövqeyə yuvarlanmasına səbəb olacaq. Bu mövqeyimizi Türkiyə rəsmilərinin də diqqətinə çatdırmışıq". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənov verib.    O, Türkiyə rəsmilərinin müvafiq açıqlamalarının olduğunu da xatırladıb: "Həmçinin, hörmətli baş nazir Rəcəb Tayyib Ərdoğan, hörmətli prezident Abdulla Gül və Türkiyənin digər rəsmiləri dəfələrlə bəyan ediblər ki, nə qədər Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları ilə bağlı məsələdə konstruktiv mövqeyə gəlməyib, bu problem həll olunmayıb, iki ölkə arasındakı sərhədlər açılmayacaq.    Biz Türkiyə rəsmilərinin sözlərinə inanırıq və düşünürük ki, ortaya qoyulmuş şərtlər təyin olunmayana qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Fərqi yoxdur, istər NATO-nun tələbi olsun, istər ATƏT-in, Avropa Şurasının, ya da hansısa fövqəldövlətin".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar