SON XƏBƏRLƏR

ETTELAAT Rəfsəncaninin xaricdəki oğlunu yaxalamağa çalışır

2021.10.20, 07:36
ETTELAAT Rəfsəncaninin xaricdəki oğlunu yaxalamağa çalışır

Gunaz.tv

GünAzTv: İranın kəşfiyyat naziri – ETTELAAT-ın rəhbəri Heydər Moslehi Üləmalar Məclisinin rəhbəri, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi Haşimi Rəfsəncaninin 1 ildir xaricə sığınmış oğlu Mehdi Haşiminin ölkəyə qaytarılması üçün iş aparıldığını bildirib.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  Heydər Moslehi avqustun 25-də jurnalistlərdən birinin “Siz Mehdi Haşimini İnterpol vasitəsi ilə tutub ölkəyə qaytarmaq istiqamətində hansı tədbir görmüsünüz” sualını belə cavablandırıb: “Onu tutub ölkəyə qaytarmaq üçün İnterpola müraciət etməyə ehtiyac yoxdur. Bu məsələnin həlli üçün başqa cür iş aparılır”.

 

2009-cu ilin prezident seçkisi ərəfəsindəki debatların birində prezident Mahmud Əhmədinejad Haşimi Rəfsəncanini və onun oğlanlarını dövlət əmlakını mənimsəməkdə günahlandırmışdı.

 

Prezident seçkisinin rəsmi nəticələrinə etiraz olaraq aksiyalar keçiriləndə Mehdi Haşimi müxalifət tərəfdarlarına qoşulub, az sonra ölkəni tərk edərək Böyük Britaniyaya, ordan da Livana səfər edib və bu günə qədər İrana qayıtmayıb. Mehdi Haşiminin hazırda Böyük Britaniyada olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar