SON XƏBƏRLƏR

İran əzələ göstərməyə dəvam edir

2021.10.20, 07:36
İran əzələ göstərməyə dəvam edir

Gunaz.tv

GünAzTv: İranın «yer-yer» tipli qısamənzilli yeni bir raketi sınaqdan çıxardığı açıqlanıb.

 

İran müdafiə naziri Əhməd Vahidi üçüncü nəsil «Fateh-110» adlı ballistik raketin sınaq məqsədilə müvəffəqiyyətlə atıldığını söyləyib. Vahidi təsir nisbəti yüksək olan raketlər sinfində yer alan «Fateh-110» raketinin qatı yanacaqla işlədiyini də açıqlayıb.

 

İran avqustun 20-də maye yanacaqla işləyən «yer-yer» tipli ortamənzilli «Qiyam-1» adlı ballistik raketi sınaqdan keçirmişdi. İranın qısa və ortamənzilli raketlərlə yanaşı təxminən 2000 kilometrlik məsafədə yerləşən hədəfləri vurmaq üçün «Şahab» və «Siccil» raketləri də var. Yerli müdafiə sənayesinə son illər daha çox diqqət yetirən İranın müdafiə sistemində raketlərin əhəmiyyətli yer tutduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar