SON XƏBƏRLƏR

Daha bir milli-mədəni fəal həbs edildi

2021.10.20, 07:36
Daha bir milli-mədəni fəal həbs edildi

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Miyana şəhəri ətrafında yerləşən Türkmənçay qəsəbəsində milli-mədəni fəal Mühəndis Hadi piri tutuqlanıb.

 

GünAzTv mətbuat mərkəzinin “Günazport” saytına istinadən yaydığı məlumata görə, Miyana-Türkmənçay arasında yerləşən dağların üzərinə “Türk dilində mədrəsə” şüarının yazılması, adını çəkdiyimiz milli-mədəni fəalın tutuqlanma səsbəbi kimi bildirilir.

 

Cənab Piri 2010-cu il avqust ayının 15-də (mordadın 24-u) məmurlar tərəfindən öz evində tutuqlanıb. Məmurlar Onun evində axtarış aparıldıqdan sonra azərbaycanlı fəalın türk dilində olan kitablarını, CD, komputer və bir sıra şəxsi əşyalarını özləri ilə aparıblar.

 

Xatırladaq ki, sözü gedən şüar çox parlaq rənglə yazılıb. Yazını uzaq fasilədən oxumaq mümkün olub. Hazırda yazılan şüarı Bəsiclər (Hökumət tərəfdarları yarım silahlı dəstələr) tərəfindən silinib, Ancaq  hələdə onun izləri qalmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar