Bu qeyri-bərabərlikdir- Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Sistan və Bəlucistanda silahlı qarşıdrma- 6 nəfər həlak oldu
Qazaxıstan Rusiyaya nota verib
Abbas Lisaninin müalicəsinə icazə verilmir
Həmədanda iş qəzaları- 147 nəfər...
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
ABŞ İranın dəniz blokadasının bərpasından sonra 125 ticarət gəmisinin istiqamətini dəyişib
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədən suriyalını saxlayıb
Azərbaycan–Qazaxıstan Transxəzər fiber-optik xətti bir aydan az müddətə istifadəyə veriləcək
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
İrana zərbələrin bərpası ilə bağlı tezliklə qərar veriləcək- Tramp
Üç şəhərdə 9 məhbus edam edildi
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AzMDEP) başqanı Tufan Kərimdir.
- Bu yaxınlarda Naxçıvanda üç qonşu dövlətin xarici işlər nazirlərinin görüşü keçirilmişdir. Bu görüşün mahiyyəti barədə nə deyə bilərsiniz?
- Əlbəttə, qonşu dövlətlər arasında isti münasibətlərin yaranmasını yalnız təqdir etmək olar. Amma bu görüşün regionda (bölgədə) sülhün bərqərar olması üçün müstəsna roluna bir mənalı qiymət vermək fikrində deyiləm.
SSRİ (Şurəvi) dağıldıqdan sonra başda ABŞ (Amerika Birləşmiş Ştatları) olmaqla Qərb dünyası Sovetlərin (Şurəvi) regionda keçmiş müttəfiqlərini və təsir zonasını (məntəqə) aradan götürməyə başladı. Liviya (Libi), İraq, Əfqanıstan buna sübutdur. İndi növbə Suriyaya çatıb. İrana qarşı Qərbin basqısı da istisna deyil. Biz artıq bunun ciddi əlamətlərini görürük.
Ümumiyyətlə, İrandakı indiki rejim Rusiyanın regionda sərhədlərinin toxunulmazlığı üçün qarantdır (təminatıdır). Qərbin təpkisi qarşısında Tehran-Moskva bloku gerçək faktordur.
Türkiyə isə, yarandığı ilk gündən Qərb dünyasının, daha sonra NATO (Şimali Atlantika Birliyi)-nun regionda müttəfiqidir. Ankara-Vaşinqton işbirliyi faktoru bu gün ABŞ-İsrail faktorundan öndə getməkdədir.
Beləliklə, tam ayrı bloklara daxil iki ölkənin regionda əməkdaşlığının nə qədər sürəcəyi zamanın işidir. Unutmayaq ki, cəmi iki il öncə Türkiyə ilə Suriya arasında “sıfır problemdən” bəhs edilirdi və hətta, Bəşər Əsədlə Rəcəb Tayyip Ərdoğan şəxsən dost olduqlarını dünyaya bəyan edirdilər. İndi isə, Suriya ilə Türkiyənin sərhəd bölgəsi Əsəd rejiminə qarşı hərbi müxalifətin dayaq məntəqəsinə çevrilib.
Məncə, Naxçıvandakı görüşü uzun perspektivə (uzaq hədəflərə) hesablanan regional (bölgəsəl) bloklaşma kimi qiymətləndirmək düzgün deyil və bu görüşün arxasında tərəflərin cari zaman üçün öz maraqları durmuşdu.
- Suriyadakı proseslərin nəticəsi İrana nə qədər təsir edə bilər?
- Suriyada baş verənlər sözsüz ki, bu ölkənin daxili işidir. Amma ümumilikdə, oradakı hadisələr uzun müddət ciddi və yaxşı hazırlıqdan sonra gerçəkləşən “Yaxın Orta Şərq projesinin” tərkib hissəsidir. Bu projenin bir neçə əsas məqsədi var. Birincisi, ümumilikdə Yaxın Şərqin dövlətlərini bir-birilə münaqişədə olan xırda hissələrə parçalamaq. Yəni, ərəb-islam Şərqində “Livan (Lübnan) demokratiyası” modelini gerçəkləşdirmək. Bu zaman hakim rolunda Qərb dünyası, konkret (açıq, müşəxxəs) ABŞ çıxış edəcək. İkinci məqsəd, Qərbdən siyasi və hərbi asılılığa düşən həmin o xırda dövlətciklər çətin ki, Qərbin icazəsi olmadan Pakistana, Hindistana və ya Çinə xammal satıb silah alsınlar və ya strateji əməkdaşlığa başlasınlar. Suriyanın “livanlaşmasının” ardınca növbə İrana çatacaq.
- Gerçəkləşən proseslər fonunda (zəminində) Azərbaycan Respublikası (Cümhuriyyəti) və Güney Azərbaycanın yeri barədə nə deyə bilərsiniz?
- Ən pisi odur ki, proseslərin kəskinləşməsi fonunda Azərbaycan Respublikası çıxılmaz seçim qarşısında dura bilər. Bu zaman neytrallığı (tərəfsizlik) saxlamaq çətin olacaq. Qərbin və ya Rusiyanın yanında olmaq digər tərəfin basqısı ilə üzləşməyə bərabərdir. Nə Rusiya, nə ABŞ, nə də Avropa Azərbaycanın erməni işğalı məsələsində haqlı mövqeyini dəstəkləmirlər, Güney Azərbaycandakı soydaşlarımızın milli hüquqlarının tanınması probleminə ən azından biganədirlər. Ona görə də İran məsələsində biz yalnız milli mənafelərimizə görə mövqe tutmalı, ucuz və təhlükəli macəraçılığa getməməliyik.
- Bir sıra politoloqlar (siyasətçilər) Qərbin İrana qarşı daxili milli və təriqət münaqişələri faktorundan istifadə etdiyindən yazırlar. Siz Güney Azərbaycan məsələsində Rusiyanın da adını qeyd etdiniz. Buna aydınlıq gətirə bilərsinizmi?
- Keçmiş SSRİ və Qacar xanədanlığı arasında imzalanmış 26 fevral (February) 1921-ci il müqaviləsinin IV, V və VI bəndlərinə görə İran ərazisində Rusiyaya qarşı təhlükə yaranarsa və rəsmi Tehran bu təhlükənin qarşısını ala bilmək gücündə olmazsa, onda Rusiya bu təhlükə sovuşanadək İran ərazisini işğal edə bilər. 1941-ci ilin yayında sovet qoşunlarının İrana, yəni Güney Azərbaycana daxil olması məhz bu müddəaya əsaslanırdı. Bu müqavilə hələ də qüvvədədir. Beləliklə, SSRİ-nin sələfi kimi Rusiya İrana qoşun yeridə bilər.
Hadisələrin kəskinləşməsi fonunda, aydındır ki, rus qoşunlarının Güney Azərbaycanda yerləşdiriləcəyi variantı (secənəyi) proqnozlaşdırılır (öngörülür). Təsadüfi deyil ki, Rusiyada seçki öncəsi çıxışında Vladimir Putin İranda 20 milyon azərbaycanlının olmasını vurğuladı. İlk dəfə idi ki, dünyanın iri dövlətlərinin birinin başçısı bu qədər aşkar və birmənalı şəkildə Güney Azərbaycanda 20 milyon azərbaycanlının yaşaması barədə fikir açıqladı. Aydındır ki, Putin bununla ABŞ və Qərbə mesaj verirdi; yəni, İrana qarşı müharibə başlasa, Rusiya 1921-ci il müqaviləsindəki hüququndan və Azərbaycan Respublikasının üzləşə biləcəyi “humanitar (insani) faciə” bəhanəsindən istifadə edəcək. Hadisələrin gedişatı bu variantı istisna etmir.
Başçılıq etdiyim Bozqurd Partiyasında biz hadislərəin sonrakı gedişatı barədə daim fikir mübadiləsi aparırıq. Qeyd etdiyim proqnozun modeli artıq mövcuddur. Mən Əfqanıstanı nəzərdə tuturam. Bu ölkə üç dövlətin (ABŞ, Pakistan, Rusiya) təsir dairəsindədir. İyirmi ildir ki, Əfqanıstanın şimalı özbək idarəsindədir ki, bu qeyri-rəsmi muxtariyyatın arxasında rəsmi Daşkəndi, daha dərində isə, Kremli görmək olar. ABŞ siyasi dairələri Əfqanıstanda puştun millətçiliyinə dayaq verdilər və bununla ölkənin türk əhalisini (özbəkləri, qazaxları, qırğızları, türkmənləri və d.) Daşkənddən keçərək Moskvanın təsir zonasına düşməyə məcbur etdilər.
Güney Hərəkatının Avropa və ABŞ-a meylli qolları var. Amma Qərbin siyasi elitası (zümrəsi) onları görməzlikdən gəlir. Qərb qüvvələri İran məsələsində kürdüstançılara, PJAK-a, İraq Kürdüstanına, nəhayət, ermənilərə istinad edirlər. Belə getsə, ABŞ və Avropa Güney Azərbaycan Milli Hərəkatını Rusiyaya tərəf meylli olmağa məcbur edəcək. Onu da vurğulayım ki, Güney məsələsində Milli Hərəkatın Rusiyaya meylli bir qolu olmadığından bu boşluğu, rus xüsusi xidmətlərilə bağlı erməni, PKK-çı qüvvələr, Rəcəb Səfərov kimi farspərəst və anti-türkçü “politoloqlar” doldurublar.
- Bunun milli maraqlarımız üçün nə kimi nəticələri ola bilər?
- Əsas məsələ də bundadır. İstər Avropa olsun, istər ABŞ və ya Rusiya... Kim Quzeyli və Güneyli Azərbaycanın milli mənafelərinin təmin edilməsində bizə yardımçı olacaqsa, biz də onunlayıq. Bu bizim seçim olacaq.
Söhbətləşdi: Elnur Eltürk
N.S
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Daha bir siyasi məhbus edama məhkum edildi
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib