SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı da Suriyadakı səfirliyini bağladı

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı da Suriyadakı səfirliyini bağladı

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanı Suriyadakı səfirliyini bağlayıb. Bu ölkənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Dəməşqdəki səfirlikdə çalışan diplomatların və digər əməkdaşların da geri çağırıldığı bildirilib.  

 

Daha əvvəl ABŞ (Amerika Birləşmiş Ştatları), Kanada, İngiltərə, Norveç də daxil olmaqla 7 ölkə Dəməşqdəki səfirliklərini bağlamış, bir çox ölkə isə səfirini çağırmış və əməkdaşlarının sayını azaltmışdı.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə,  bütün bunlara baxmayaraq Suriyada Əsəd rejimi qətliamı davam etdirir. BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) xüsusi təmsilçisi Kofi Annan Əsədi dərhal qətliamı dayandırmağa çağırıb. Annan sülh təklifinə Əsəddən cavab aldığını, amma hələ bəzi sualların qaranlıq qaldığını bildirib. BMT təmsilçisi məktubun məzmunu haqda məlumat verməyib. Annan bölgədəki böhranın davam etməsinə icazə verilməyəcəyini vurğulayıb.

 

Dəməşq hökuməti isə xoş niyyətli olduğu müddətcə Annanın missiyasına dəstək verəcəyini bəyan edib.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Əsədı islahatları gecikdirməkdə ittiham edib. Ölkədəki toqquşmaların nəzarətdən çıxa biləcəyinə dair xəbərdarlıq edən Lavrov "təəssüf ki, Əsəd məsləhətlərimizi dinləmədi" deyib. N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar