SON XƏBƏRLƏR

Azərbaycan elminə ağır itki üz verib

2021.10.20, 07:36
Azərbaycan elminə ağır itki üz verib

Gunaz.tv

GünAz TV: Milli.Az-ın yaydığı məlumata görə, filologiya elmləri doktoru, professor, AMEA-nın (Azərbaycan Milli Elmlər Akademiyası) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev 82 yaşında dünyasını dəyişib.

Akademikin vəziyyəti gecə saatlarında qəflətən pisləşib və dünyasını dəyişib.

Vida mərasimi AMEA-da keçiriləcək. Hələlik vida mərasiminin dəqiq vaxtı məlum deyil.

Xatırladaq ki, bir müddət əvvəl B. Nəbiyevin nəvəsi avtomabil qəzasında faciəli şəkildə dünyasını dəyişib.

Qeyd edək ki, B.Nəbiyev Azərbaycanın birinci ədəbiyyat tarixçisi və peşəkar tənqidçisi Firidun bəy Köçərli (1863-1920) haqqında ilk və hələlik yeganə mükəmməl monoqrafiya (bir mövzu haqqında risalə) yazıb. Akademik "Şərəfli əməyə görə" yubiley (indönümü) medalı, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan SSR (Şurəvi) Dövlət mükafatı laureatı, "Xalqlar dostluğu" ordeni , "Əməkdar elm xadimi", "Şöhrət" ordeninə layiq görülüb. N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar