SON XƏBƏRLƏR

Bir neçə bəhai Təhlükəsizlik İdarəsinə çağırılıblar

2024.02.17, 13:39
Bir neçə bəhai Təhlükəsizlik İdarəsinə çağırılıblar

İranın Qimşəhr rayonunda bir neçə bəhai vətəndaş mənzildə təhsil və tədrisə görə Təhlükəsizlik İdarəsinə çağırılıblar.

Gunaz.tv

Dünya üzrə Bəhailər Cəmiyyəti bu barədə məlumat yayıb. 

Məlumata əsasən İran hakimiyyətinin təxminən 15 məmuru fevralın 12-də Məryəm Zəbihi adında bir bəhai qadının mənzilinə basqı edib mənzildə olanları təhqir edərək axtarış aparıblar.

Axtarış zamanı mənzildə olan elektron cihazlar, həmçinin mövcud kitablar götürülüb.

Məlumata əsasən gənc bəhailər universitet səviyyəsində kurs üçün Zəbihinin evinə gəliblər.

Hakimiyyətin məmurları mənzilə basqı zamanı Məryəm Zəbihinin oğlu etiraz etdiyinə görə onu döyərək söyüşlərə məruz qoyub, sonra Zəbihinin və təhsil üçün mənzildə olan 4 digər bəhai gəncin adına bildiriş çıxarıblar. 

Bildirişə əsasən onlar bu gün, fevralın 17-də özlərini Təhlükəsizlik İdarəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, İran İslam Respublikası qurulandan sonra bəhailər dini inanclarına görə universitet təhsilindən məhrum olunurlar. 

Bu səbəbdən onlar qeyri rəsmi şəkildə universitet təhsilləri və yaxud tədrislərini mənzillərində davam etdirməli olublar. 

Bu məsələ isə onların Təhlükəsizlik İdarəsinə çağırılmaları, saxlanılmaları və ağır həbs cəzalarına məhkum olunmaları ilə nəticələnir. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar