SON XƏBƏRLƏR

İrana qarşı sanksiyaların müddəti daha bir il uzadıldı

2021.10.20, 07:36
İrana qarşı sanksiyaların müddəti daha bir il uzadıldı

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama İrana qarşı təktərəfli iqtisadi sanksiyaların (təhrim) müddətini  bir il də uzadıb.

ABŞ prezidentinin Konqresə təqdim etdiyi sərəncamında deyilir ki, İranın hökumətinin yürütdüyü siyasət ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına fövqəladə təhlükə törədir. Ağ Ev rəhbəri qeyd edib ki, İran hökumətinin yeritdiyi siyasət nəticəsində iki ölkə arasında davam edən böhranı hələ də həll etmək mümkün olmayıb.

Qeyd edək ki, İrana qarşı 1995-ci ildə tətbiq olunan bu sanksiyalarda ABŞ şirkətlərinə Tehranla bütün maliyyə-iqtisadi əməliyyatların aparılmasına qadağa qoyulub, eləcə də onların neft-qaz yataqların birgə əməkdaşlıq etməsi yasaqlanıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar