SON XƏBƏRLƏR

Azərbaycanlı işçilər etiraz aksiyası keçiriblər

2024.06.17, 10:03
Azərbaycanlı işçilər etiraz aksiyası keçiriblər

Rabitə Nazirliyinin Şərqi Azərbaycan əyalətindəki işçiləri etiraz aksiyası keçiriblər. 

Gunaz.tv

Bu barədə yerli sosial media şəbəkəsində məlumat yayılıb.

İyunun 16-da Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan narazılar əmək haqlarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Məlumata görə, 2022 və 2023-cü illərinin əmək haqlarını ala bilmədiklərini deyən işçilər, hökumət rəsmilərindən onların müraciətlərinə baxılmasını tələb edən şüarlar səsləndiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar