SON XƏBƏRLƏR

İsrail Həsən Nəsrullahın mümkün varisi Haşim Safiuddinin ölümünü təsdiqləyib

2024.10.23, 11:42
İsrail Həsən Nəsrullahın mümkün varisi Haşim Safiuddinin ölümünü təsdiqləyib

İsrail təsdiqləyib ki, Hizbullah lideri Həsən Nəsrullahın mümkün varisi Haşim Safiuddin İsrail ordusunun Hizbullah yaraqlı qruplaşmasına qarşı endirdiyi zərbə nəticəsində öldürülüb.

Gunaz.tv

İsrail ordusunun məlumatına görə, bu hücum üç həftə əvvəl bu silahlı qruplaşmanın Beyrut ətrafında yerləşən yeraltı qərargahına edilib və hücum zamanı Hizbullahın 25 üzvü Haşim Safiuddinlə birlikdə olub.

Bundan əvvəl İsrail ordusu onun ölkənin hava zərbələri nəticəsində öldüyü ehtimalını açıqlasa da, bu gün onun ölümünü rəsmən təsdiqləyib.

Həsən Nəsrullahın əmisi oğlu 60 yaşlı Haşim Səfiuddin Hizbullahın baş katibinin öldürülməsindən cəmi 6 gün sonra, İsrailin növbəti hava hücumunun hədəfi olub və o vaxtdan bəri onun taleyi məlum deyildi.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar