SON XƏBƏRLƏR

Türkiyədən İrana uçuşlar dayandırıldı

2024.10.23, 12:03
Türkiyədən İrana uçuşlar dayandırıldı

Turkish Airlines (Türk Hava Yolları) oktyabrın 30-a qədər İranın Tehran, İsfahan, Məşhəd və Şiraz şəhərlərinə uçuşları dayandırıb.

Gunaz.tv

Bu barədə hava yollarının yaydığı məlumatda bildirilib.

Bununla yanaşı İordaniya, İraq və Livana da uçuşların ləğv edildiyi qeyd olunub.

"Bu qərara bölgədə hava məkanının bağlanması ilə nəticələnən şərait səbəb olub",- hava yollaı qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Qətər də İrana uçuşları dayandırıb.

Bu, İranın İsrailə raket hücumuna cavab olaraq Təl-Əvivin İrana cavab zərbələri endirəcəyinin gözlənilməsi ilə bağlıdır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar