SON XƏBƏRLƏR

“Üçüncü dünya müharibəsi olmayacaq” - Tramp

2025.01.20, 15:59
“Üçüncü dünya müharibəsi olmayacaq” - Tramp

“Üçüncü dünya müharibəsi olmayacaq”.

Gunaz.tv

Amerikanın yeni seçilmiş Prezidenti Donald Tramp ötən gün Vaşinqtonda təşkil olunan mitinq zamanı bildirib ki, üçüncü dünya müharibəsi olmayacaq.

2024-cü il Amerika prezident seçkilərində qalib gələrək ölkənin 47-ci prezidenti olmağa hazırlaşan Donald Tramp, bütün böhranlara qarşı sürətli addımlar atacağını vurğulayıb.“Ölkəmizdə əvvəllər görünməmiş inkişaflar əldə edəcəyik. 30, 40, 50 il sonra insanlar dönüb baxanda, “Donald Tramp çox yaxşı iş gördü və bizə bir yol açdı” deyəcəklər. Sabahdan etibarən bütün böhranlara qarşı tarixi bir sürətlə addımlar atacağam və bu problemlərin hamısını həll edəcəyəm. Bayden administrasiyasının Amerika enerjisinə qarşı başladığı müharibəni sona çatdıracağıq. İnflyasiyanı aradan qaldıracağıq və dünyada ən ucuz enerji istehsal edən ölkə olacağıq. Bununla yanaşı, ölkəmizdəki sahibkarlara böyük layihələrini, o cümlədən süni intellekt sahəsindəki böyük planlarını həyata keçirmək üçün şərait yaradacağıq” deyə o, qeyd edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar