SON XƏBƏRLƏR

ABŞ vətəndaşlarına təcili xəbərdarlıq: “İranı dərhal tərk edin”

2026.11.25, 21:29
ABŞ vətəndaşlarına təcili xəbərdarlıq: “İranı dərhal tərk edin”

Gunaz.tv

ABŞ-ın İrandakı Virtual Səfirliyi təhlükələrin artması və münaqişənin genişlənməsi ehtimalı ilə bağlı Amerika vətəndaşlarına İrandan dərhal çıxmağı, heç bir səbəbdən bu ölkəyə səfər etməməyi tövsiyə edib.

Səfirlik İranın Bəhreyndə və Küveytdə ABŞ-a məxsus hədəflərə qarşı hücumlarına, eləcə də Tehran tərəfindən dəstəklənən husilərin Səudiyyə Ərəbistanının infrastrukturuna hücumlarına diqqət çəkərək Yaxın Şərqdə təhlükəsizlik risklərinin artdığı barədə xəbərdarlıq edib.

Bəyanatda uçuşların ləğvi, hava məkanının bağlanması və quru sərhədlərindən keçid qaydalarının qəfil dəyişməsi ehtimalı da qeyd olunub. ABŞ vətəndaşlarına nümayişlərdən, kütləvi toplaşmalardan və gərgin bölgələrdən uzaq durmaq çağırışı edilib.

ABŞ 1980-ci ildən İranla diplomatik münasibətlər saxlamır. İsveçrənin Tehrandakı səfirliyi ABŞ-ın İrandakı maraqlarını təmsil edir.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar