SON XƏBƏRLƏR

İlamda həbs edilənlərin sayı 21-ə çatdı

2026.11.26, 14:13
İlamda həbs edilənlərin sayı 21-ə çatdı

İranın İlam əyalətinin Abdanan şəhərində hökumət əleyhinə keçirilən etiraz aksiyasında iştirak edən 21 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bundan əvvəl isə etiraz aksiyasında iştirak edən on səkkiz nəfər saxlanılaraq istintaq təcridxanasına köçürülmüşdu.

Onlar Dehloran Petrokimya Şirkətinin işçilərinin daşıyan avtobus qəzası nəticəsində 13 nəfərin ölümündən sonra aksiya keçiriblər.

Etirazçılar yolların pis vəziyyətinə, infrastrukturun olmamasına və pis idarəetməyə etiraz edərək hökumət rəsmilərinə qarşı şüarlar səsləndiriblər. Şəhər bazarının bir hissəsi də etirazçılar və qurbanların ailələri ilə həmrəylik nümayiş etdirərək tətilə başlayıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar