SON XƏBƏRLƏR

Güneyli fəal Rza İbrahimpur Hərgəlan saxlanılıb

2026.11.26, 18:38
Güneyli fəal Rza İbrahimpur Hərgəlan saxlanılıb

Gunaz.tv

Güney Azərbaycanın Əcəbşer şəhərindən olan və Azərşəhrdə (Tufarqan) yaşayan Güney azərbaycanlı fəal Rza İbrahimpur Hərgəlan saxlanılıb.

Güney Azərbaycan Milli Hərəkatına yaxın mənbə Gunaz.TV-yə bildirib ki, fəal 2026-cı il noyabrın 23-də Təbrizə gedərkən İlxıçı şəhərində saxlanılıb və naməlum yerə aparılıb.

Rza İbrahimpur son bir neçə il ərzində Tufarqanda təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə saxlanılıb və hər dəfə bir neçə gün həbsdə tutulub. Təhlükəsizlik əməkdaşları onun şəxsi əşyalarını, kitablarını, mobil telefonunu və kompüterini də müsadirə ediblər.

İbrahimpur təxminən 25 ildir Güney Azərbaycan türklərinin milli hüquq və kimliyinin müdafiəsi, türk dilinin və mədəniyyətinin qorunması, Urmiya gölünün müdafiəsi, eləcə də siyasi məhbusların vəziyyəti barədə məlumatlandırma istiqamətində fəaliyyət göstərir. O, bu mövzularda sosial şəbəkələrdə paylaşımlar edir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar