SON XƏBƏRLƏR

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri: İran Trampla nüvə anlaşmasına nail olmalıdır

2025.01.21, 15:43
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri: İran Trampla nüvə anlaşmasına nail olmalıdır

Rafael Qrossinin sözlərinə görə, İran Yaxın Şərqdə növbəti hərbi münaqişəyə sürüklənməmək üçün Donald Tramp administrasiyası ilə atom fəaliyyəti ilə bağlı anlaşma əldə etməlidir.

Gunaz.tv

İranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində Tramp adminstrasiyası İrana olan sanksiyaları yüngülləşdirməsində 6 ildən çox vaxt keçir. Keçən zaman ərzində İran öz nüvə fəaliyyətini nəinki məhdudlaşdırmış, hətta uranın zənginləşdirilməsini nüvə silahı əldə edəcəyi həddə qədər artırmışdır.

"İndi biz bu durumla necə başa çıxmalı olduğumuzu aydınlaşdırmalıyıq, biz daha çox müharibə istəmirik." - deyə Rafael Qrossi Davosdakı çıxışında bildirib.

Qeyd edək ki, Trampın andiçmə mərasimindən əvvəl onun komandasının üzvləri İranı sıxışdırmaq üçün yeni planlar hazırlayırdılar. Nİana qarşı maksimum təzyiq strategiyasına qayıtmaq üçün Trampın əsas məsləhətçiləri arasında ümumi konsensus var. Bununla yanaşı Fransa, Almaniya və Böyük Britaniya da eyni şəkildə İrana yeni təzyiqlər yaratmaq üçün zəmin yaradırlar.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar