SON XƏBƏRLƏR

Amerika konqresmeni: "Tezliklə" İran hökumətinə "maksimum təzyiq" tətbiq olunacaq

2025.01.22, 11:21
Amerika konqresmeni: "Tezliklə" İran hökumətinə "maksimum təzyiq" tətbiq olunacaq

“İran rejimi yalan danışır və region ölkələri üçün xaosdan başqa bir şey istəmir."

Gunaz.tv

Bu sözləri Amerikanın Cənubi Karolinadan olan Respublikaçı konqresmeni Co Vilson özünün X sosial şəbəkəsindəki paylaşımında yazıb.

O, Amerikanın ərəb dünyasındakı tərəfdaşlarını İranla diplomatik münasibətləri normallaşdırmamağa çağırıb və əlavə edib ki, “tezliklə maksimum təzyiq tətbiq olunacaq və Donald Tramp mövcud vəziyyəti düzəldəcək”.

Bundan əvvəl Amerikanın yeni dövlət katibi Marko Rubio yanvarın 15-də Senatın Xarici Əlaqələr Komitəsinin etimadnaməsini nəzərdən keçirmək üçün keçirilən iclasında demişdi: “İran hökuməti mümkün olan ən zəif vəziyyətdədir, onlar Suriyadan didərgin salınıb və iqtisadiyyatları böhran içindədir.”

Cənab Rubio bildirib ki, İrana verilən istənilən güzəştdən onun nüvə proqramını genişləndirmək və Yaxın Şərqdə gərginlik yaratmaq üçün istifadə olunacaq.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar