SON XƏBƏRLƏR

İsrail Rusiya istehsalı silahları Ukraynaya verir

2025.01.22, 11:40
İsrail Rusiya istehsalı silahları Ukraynaya verir

İsrail Lübnanda və ya başqa ərazilərdə ÇAXAL tərəfindən ələ keçirilən Rusiya istehsalı silahları Ukraynaya təhvil verməyə hazırdır.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi Feysbuk səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, yanvarın 21-də Ukraynanın İsrail Dövlətindəki səfiri Yevgeni Korniyçuk və İsrailin xarici işlər nazirinin müavini Şarren Haskel arasında görüş baş tutub:

"Görüş zamanı səfir həmsöhbətinə Livanda və ya başqa yerlərdə İsrailin düşmənlərindən ÇAXAL tərəfindən ələ keçirilən Rusiya istehsalı silahların Ukraynaya təhvil verilməsi təklifinə görə təşəkkür edib. Bu təşəbbüsün hər iki tərəfin ümumi təhdidlərinin tanınması istiqamətində mühüm addım olduğu qeyd edilib. Ukrayna tərəfi bu məsələnin müsbət həllinə ümid etdiyini bildirib”.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar