SON XƏBƏRLƏR

ABŞ dövlət katibindən Ukrayna ilə bağlı ilk açıqlama

2025.01.22, 11:55
ABŞ dövlət katibindən Ukrayna ilə bağlı ilk açıqlama

“Ukraynada müharibə başa çatmalıdır. Vəziyyət dalana dirənib”.

Gunaz.tv

GünazTV UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, Rusiya- Ukrayna müharibəsinə son qoymaq ABŞ-nin rəsmi siyasətinin tərkib hissəsi olacaq: "Bu, Ukraynaya, eləcə də Rusiyaya və Avropanın sabitliyinə böyük ziyan vuran mürəkkəb, faciəli müharibədir. Bu problemləri həll etməyin yeganə yolu praqmatizmə qayıtmaqdır”.

Qeyd edək ki, bu, M.Rubionun dövlət katibi kimi Ukrayna ilə bağlı ilk açıqlamasıdır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Zelenski isə daha əvvəl söyləyib ki, müharibənin bu il başa çatması üçün mümkün olan hər şeyi edəcək.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar