SON XƏBƏRLƏR

Qırğızıstanda ictimai yerlərdə üzü örtən geyimlər qadağan edilib

2025.01.22, 11:57
Qırğızıstanda ictimai yerlərdə üzü örtən geyimlər qadağan edilib

Qırğızıstan Prezidenti Sadır Japarov vətəndaşların ictimai yerlərdə üzünü örtən geyimdə görünməsini qadağan edən qanunu imzalayıb.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, müvafiq məlumat ölkə prezidentinin rəsmi saytında yerləşdirilib.

Bundan əlavə, yeni qanun qocalar evlərində, koloniyalarda və hərbi hissələrdə inancın tətbiqini, dini mərasimlərin keçirilməsini qadağan edir.

Dövlət həmçinin ictimai yerlərdə və təhsil müəssisələrində dini ədəbiyyatın yayılmasını məhdudlaşdırır. Dini zəmində siyasi partiyaların yaradılması da qadağandır. Bu qaydaların pozulması 20 min som (təxminən 374 manat) məbləğində cərimə ilə nəticələnəcək.

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar