SON XƏBƏRLƏR

İraq parlamenti uşaqlarla nikahı qanuniləşdirdi

2025.01.22, 15:32
İraq parlamenti uşaqlarla nikahı qanuniləşdirdi

İraq parlamenti şəxsi status qanununa düzəlişlər qəbul edib. İndi azyaşlılarla nikaha girmək qanuniləşdirilmiş sayılır.

Gunaz.tv

Qanunvericilər şəriət məhkəmələrinə ailə məsələlərində (nikah, boşanma, miras daxil olmaqla) daha böyük səlahiyyətlər veriblər. Bununla belə, qeyd edildiyi kimi, düzəlişlər qadınlar üçün zəmanətlər müəyyən edən 1959-cu il tarixli “Şəxsi vəziyyət qanunu”nu pozur. İraq qanunları hazırda nikah üçün minimum yaş həddinin 18 yaş müəyyən edir (əksər hallarda).

Dünən qəbul edilən yeni qaydalar din xadimlərinə İslam qanunlarını öz şərhlərinə uyğun hərəkət etməyə imkan verəcək. Bu, öz növbəsində, erkən yeniyetməlik dövründə və ya 9 yaşında qızların ərə verilməsinə icazəni istisna etmir.

İslam hüququnun cəfəri məktəbinin bir çox şiə səlahiyyətliləri tərəfindən izləndiyi məlumdur. Mühafizəkar dini qanunvericilər onları qanunu İslam prinsiplərinə uyğunlaşdırmaq və Qərbin İraq mədəniyyətinə təsirini azaltmaq adıyla müdafiə edirlər.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar