SON XƏBƏRLƏR

BMT Suriya ilə bağlı bu məsələyə yenidən baxacaq

2025.01.23, 14:16
BMT Suriya ilə bağlı bu məsələyə yenidən baxacaq

BMT Suriyaya qarşı sanksiyalara yenidən baxılması üçün beynəlxalq ictimaiyyətlə işləyir.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Dəməşqdə mətbuat konfransında çıxış edən təşkilatın baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen bildirib.

“Suriyanın yeni administrasiyasına dəstək vermək üçün beynəlxalq ictimaiyyətlə işləyirik. Sanksiyalar əvvəlki rejimə qarşı tətbiq edilib və onları tətbiq edən ölkələr artıq onları yenidən nəzərdən keçirməlidir”, - o deyib.

Pedersen Suriyada hərtərəfli siyasi keçidə səbəb olacaq milli dialoqun aparılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hələlik onun həyata keçirilməsi üçün dəqiq tarixlər yoxdur, lakin o hazırlanır.

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar