SON XƏBƏRLƏR

İranda dolların bahalaşması davam edir

2025.01.23, 16:46
İranda dolların bahalaşması davam edir

İranın milli valyutasının məzənnəsi Amerika dollarına nisbətdə bu gün yenidən ucuzlaşaraq, yeni tarixi minimuma imza atıb və hər 1 Amerika dolları 84 min tüməndən bahaya satılıb.

Gunaz.tv

Bu barədə Tehranın azad bazarındakı mənbələr məlumat yayıb.

İranın azad bazarında ABŞ dollarının məzənnəsi son bir həftədə 3%, son bir ayda 10%, son 6 ayda isə 45% artıb.

Bununla eyni vaxtda isə ABŞ prezidenti Donald Tramp İrana növbəti dəfə maksimum təzyiq tətbiq edəcəyini və İranın neft satışlarını demək olar ki, sıfıra endirəcəyini bildirib.

İqtisadçılar buna görə də, İran pulunun dollar qarşısında ucuzlaşma prosesinin davam edəcəyini proqnozlaşdırırlar.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar