SON XƏBƏRLƏR

Azərbaycan səfiri İran XİN rəsmisi ilə görüşüb

2025.01.24, 14:59
Azərbaycan səfiri İran XİN rəsmisi ilə görüşüb

Bu gün Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi, nazirin köməkçisi Müctəba Dəmirçili ilə görüşüb.

Gunaz.tv

Bu barədə İRNA məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

İran XİN rəsmisi iki ölkə arasında ikitərəfli münasibətlərdə müsbət irəliləyişlərə işarə edib, sazişlərin həyata keçirilməsi və iki ölkə arasında münasibətlərin qorunması üçün hər iki tərəfin səy göstərməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda M.Dəmirçili iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı faydaya əsaslanan münasibətləri inkişaf etdirmək səylərini yüksək qiymətləndirib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar