SON XƏBƏRLƏR

İran mediası: İran-Ermənistan münasibətləri misilsiz səviyyədədir

2025.01.25, 12:39
İran mediası: İran-Ermənistan münasibətləri misilsiz səviyyədədir

GünazTV xəbər verir ki, İran rejiminə bağlı “MEHR” xəbər agentliyi “İran-Ermənistan münasibətləri görünməmiş səviyyədədir” adlı xəbər paylaşıb.

Gunaz.tv

“MEHR” yayımladığı xəbərdə İran-Ermənistan münasibətlərinin "misilsiz" olduğunu bildirib. Ermənistan Xarici İşlər nazirinin müavinindən sitat gətirərək, İrəvanın İranla istənilən məsələdə razılığa gələ biləcəyini vurğulayıb.

"Hesab edirəm ki, verilən bəyanat bizim yaxın münasibətlərimizin və xüsusi əməkdaşlığımızın daha bir sübutudur. Mən İran tərəfi ilə razılığa gələ bilməyəcəyimiz hər hansı məsələ görmürəm. Münasibətlərimiz görünməmiş səviyyədədir", - deyə Ermənistan Xarici İşlər nazirinin müavini jurnalistlərə açıqlaması zamanı bildirib.

Xəbərdə Ermənistanın ötən həftə ABŞ-la strateji tərəfdaşlıq sənədi imzaladığı və sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə ABŞ-dan bir nümayəndə heyətinin Ermənistana səfər edəcəyi də vurğulanıb.

Ermənistan rəsmiləri bu məsələnin İranla birbaşa əlaqəsinin olmadığını iddia etsələr də, Tehran və İrəvan arasında artan yaxınlıq, həmçinin Ermənistanın ABŞ-la əməkdaşlığı regional balansı ciddi şəkildə təsir edə bilər. Qeyd edək ki, İran rejimi Azərbaycanın İsraillə əməkdaşlığına qarşı açıq şəkildə kəskin reaksiya göstərdiyi halda, Ermənistanın ABŞ ilə imzaladığı strateji tərəfdaşlıq müqaviləsinə səsini çıxartmır. 

Son dövrlərdə İran rejiminin Azərbaycana qarşı artan təxribatçı davranışları fonunda İran mediasında Ermənistan-İran münasibətlərinin yüksək səviyyədə olmasının vurğulanması diqqət çəkir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar