SON XƏBƏRLƏR

ABŞ rusiyalı ekipajın olduğu gəmini saxladı

2025.01.27, 13:35
ABŞ rusiyalı ekipajın olduğu gəmini saxladı

İspaniya və ABŞ xüsusi xidmətləri Portuqaliya sahillərində rusiyalı ekipajın olduğu gəmini narkotik alverində şübhəli bilərək saxlayıb.

Gunaz.tv

GünazTV Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Faro de Vigo” qəzeti məlumat yayıb.

Məlumata görə, Baham adaları bayrağı altında üzən “Baltic Summer” gəmisi Ekvadordan Sankt-Peterburqa gedirmiş:

“Ekipaj əksəriyyəti ruslar olmaqla 23 nəfərdən ibarətdir. Xüsusi xidmət orqanları göyərtədə kokainin olduğunu güman ediblər. Gəmi yanvarın 21-də saxlanılıb və İspaniyanın şimal-qərbindəki Viqo limanında dayanıb”.

Qeyd olunur ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti, ABŞ Narkotiklərlə Mübarizə İdarəsi və İspaniya Mülki Qvardiyasının gəminin və şübhəli konteynerlərin hərtərəfli axtarışını əhatə edən araşdırması qanunsuz maddələrin olduğunu təsdiqləməyib:

“Ekipaj üzvləri həbsdən azad edilib və “Baltic Summer” təyinat yerinə getməyə davam edib”.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar