SON XƏBƏRLƏR

Əsəd rejimi devrilməzdən əvvəl cinayət dəlillərini məhv edib

2025.01.27, 14:19
Əsəd rejimi devrilməzdən əvvəl cinayət dəlillərini məhv edib

Suriyadakı cinayətləri araşdıran Beynəlxalq Qərəzsiz və Müstəqil Suriya Mexanizminin rəhbəri Robert Petit bildirib ki, rejim devrilməzdən əvvəl törədilən cinayətlərə dair sübutları məhv edib, lakin hələ də çoxlu sübutlar mövcuddur.

Gunaz.tv

GünazTV Anadolu Agentliyinə istinadən bildirir ki, Petit Suriyadakı müvəqqəti hökumətin Əsəd dövründə törədilən cinayətlərə dair sübutların qorunub saxlanması zərurətindən xəbərdar olduğunu bildirib. Petit ümid edir ki, keçmiş rejim törədilmiş cinayətlərə görə məhkəmə qarşısında cavab vərəcək.

Petit, Əsəd rejimi dövründə cinayət dəlillərinin tapıldığı ərazilərə daxil ola bilmədiklərini söyləyərək, bunun üçün müvəqqəti hökumətdən icazə lazım olduğunu bildirib.

"Ədliyyə Nazirliyi xüsusilə milli və ya beynəlxalq məhkəmə proseslərində istifadə olunacağına görə bu sübutlar geri gətirməlidir. Biz onu da bilirik ki, onların bir çoxu rejim süqut etməmiş və rejimə bağlı cinayətkarlar qaçmamışdan əvvəl dəlilləri məhv ediblər. Yandırılmış sənədlərin parçaları, sınmış sərt disklər gördük. Aydındır ki, bu sübutların çoxunu məhv etmək cəhdi olub, lakin hələ də orada çoxlu sübutlar var. Müvəqqəti hökumət rəsmiləri bu dəlilləri qoruyub saxlamalı olduqlarının fərqindədirlər."

Petit bu dəlillərin rejim dövründə törədilən cinayətlərə qarşı istifadə olunacağına ümid etdiyini ifadə edərək, uzun illərdir bu cinayətləri törədən rejimə qarşı ən yaxşı dəlillərin seçilib məhkəmə prosesinə gətirilməsinin vacibliyini vurğulayıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar