SON XƏBƏRLƏR

Slovakiyalı deputat: "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək"

2025.01.27, 16:15
Slovakiyalı deputat: "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək"

"Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - bu fikirləri Reporta müsahibəsində Slovakiya parlamentinin deputatı İqor Şimko bildirib.

Gunaz.tv

2025-ci il yanvarın 1-dən etibarən Rusiya qazının Ukrayna ərazisindən tranziti dayandırılıb. Bu, Avropada ciddi rezonans doğuran mühüm hadisələrdən biridir. Bu qərar Ukraynanın “Qazprom”la müqaviləni uzatmaqdan imtina etməsi ilə əlaqələndirilir ki, bu da regionda enerji sahəsində qeyri-sabitliyin artmasına səbəb olub.

Tranzitin dayandırılmasının təsirləri xüsusilə Rusiya qazından birbaşa asılı olan Moldova, Slovakiya, Çexiya və Avstriya kimi ölkələrdə daha çox hiss olunur. Bu addım enerji təhlükəsizliyi, qiymət sabitliyi və təchizat mənbələrinin şaxələndirilməsi kimi məsələləri ön plana çıxarır. Baxmayaraq ki, qaz anbarları hazırda doludur, uzunmüddətli perspektivdə qiymət artımı və iqtisadiyyata düşən əlavə yük Mərkəzi və Şərqi Avropa ölkələri üçün ciddi problemlər yaradacaq.

Azərbaycandan qaz tədarükündən danışan deputat  Azərbaycan qazının Ukrayna ərazisindən tədarükünün təkcə Slovakiya üçün deyil, ümumilikdə Avropa İttifaqı ölkələri üçün etibarlı qaz təminatı imkanı yarada biləcəyini. Bunun, həm iri sənaye müəssisələri, həm də ev təsərrüfatları üçün enerji təhlükəsizliyini təmin etmək baxımından böyük əhəmiyyət daşıdığını deyib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar