SON XƏBƏRLƏR

ABŞ hərbi büdcəsini 1 trilyon dollara çatdırır

2025.01.28, 11:46
ABŞ hərbi büdcəsini 1 trilyon dollara çatdırır

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin yeni rəhbəri Rocer Uiker qarşıdakı iki il ərzində ölkənin hərbi büdcəsini 1 trilyon dollardan çox artırmaq niyyətindədir.

Gunaz.tv

GünazTV Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə o, “Breaking Defence” portalına açıqlama verib.

Uiker müdafiə büdcəsini təxminən, 200 milyard dollar artırmağı planlaşdırdığını deyib.

Senator bildirib ki, növbəti iki il ərzində müdafiəyə ildə əlavə 100 milyard dollar ayırmaqda qeyri-mümkün heç nə yoxdur.

ABŞ-nin sabiq prezidenti Cozef Baydenin ölkədə 2025-ci maliyyə ili üçün təsdiq etdiyi hərbi büdcə 895 milyard dollar təşkil edir.

Təşəbbüs uğurlu olarsa, bu məbləğ ABŞ-nin ən son raketdən müdafiə sistemi olan Dəmir Qübbənin inkişafına, o cümlədən Hərbi Hava Qüvvələri üçün gəmiqayırma, sualtı qayıqların və yeni nəsil qırıcıların yaradılmasına dair sərmayələrə yönəldiləcək.

Senatın Silahlı Qüvvələr Komitəsinin yeni rəhbəri hərbi xərcləri artırmaqla yanaşı, hərbi satınalma islahatını tətbiq etməyə hazırlaşır.

Uiker bu yolla "gələcəyin İlon Maskları" üçün imkanlar təqdim etmək niyyətində olduğunu vurğulayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar