SON XƏBƏRLƏR

Ərdoğan Azərbaycana gəlir - İran və Rusiyaya MESAJ!

2025.01.28, 12:53
Ərdoğan Azərbaycana gəlir - İran və Rusiyaya MESAJ!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bu il fevral ayının ortalarına planlaşdırılır.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə APA-nın Türkiyə bürosuna prezidentin protokol idarəsindən bildirilib. İdarədən verilən məlumata görə, hazırda səfərin detalları dəqiqləşdirilir.

Hələlik səfərin tarixi və müddəti məlum olmasa da, bu ayın ortalarında reallaşması nəzərdə tutulub.

Ərdoğanın səfəri zamanı Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın gələn ay Azərbaycana planlaşdırılan səfəri həssas dövrə təsadüf edəcək. Ərdoğanın səfəri Rusiya və İranın Azərbaycana qarşı təxribatlarını artırdıqları dövrə təsadüf etdiyindən Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi daha üst səviyyəyə qaldırması vacibdir.

Qeyd edək ki, Türkiyə prezidentinin Xocalıya səfər etməsi nəzərdə tutulur.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar