SON XƏBƏRLƏR

İranda hökumət böhranı: Parlament impiçment məsələsini qaldırdı

2025.01.28, 13:05
İranda hökumət böhranı: Parlament impiçment məsələsini qaldırdı

İranda hökumət böhranı baş verə bilər. Pezeşkian ilə yola getməyən radikal sağçılar parlamentdə nazirlərin məsələsini qaldırıblar.

Gunaz.tv

Yerli mediada yayılan xəbərlərə görə, İran parlamenti Pezeşkian hökumətinin iki əsas fiqurunu hədəfə alıblar. Onlardan biri prezidentin müşaviri Məhəmməd Cavad Zərifdir ki, onun Davos forumunda iştirakı molla rejiminə pis təsir edib. Belə ki, Zərifin Davosa özbaşına getdiyi, apardığı danışıqların isə İranın maraqlarına zidd olduğu deyilir.

Lakin vitse-prezident bəyan edib ki, o, Davosa pezeşkianın göstərişi əsasında gedib və danışıqlardan da onun xəbəri var.

İkinci əsas fiqur isə İranın iqtisadiyyat və maliyyə naziri Himmətidir. Onun üzləşdiyi ittiham isə ölkə iqtisadiyyatını idarə edə bilməməsidir. Parlament üzvləri bildiriblər ki, son zamanlar devalivasiyanın sürətlənməsi, infliyasiyanın artması nazirin günahıdır.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar