SON XƏBƏRLƏR

Daşkənd Bakı və Ankara ilə üçtərəfli formatda əməkdaşlığı vacib hesab edir

2025.01.28, 13:32
Daşkənd Bakı və Ankara ilə üçtərəfli formatda əməkdaşlığı vacib hesab edir

Ankarada yanvarın 29-da keçiriləcək Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün gündəliyi əməkdaşlığın demək olar, bütün aspektlərini əhatə edir.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu "Report"-a açıqlamasında Özbəkistan xarici işlər nazirinin müşaviri, mətbuat katibi Ahror Burxanov deyib.

"Görüşün gündəliyi çox zəngindir. Bu platformanı ölkələrimiz arasında istifadə olunmamış böyük potensialın reallaşdırılması üçün çox vacib meydan hesab edirik", - o vurğulayıb.

A.Burxanov vurğulayıb ki, hazırda bu formata digər ölkələrin cəlb edilməsi nəzərdən keçirilmir.

"2025-ci ildə müxtəlif səviyyələrdə bir sıra tədbirlər və səfərlər planlaşdırılır", - o, Bakı və Daşkənd arasında ikitərəfli münasibətləri şərh edərkən bildirib.

Xatırladaq ki, Azərbaycan, Özbəkistan və Türkiyə XİN başçıları səviyyəsində ilk görüş 2022-ci il avqustun 2-də Daşkənddə keçirilib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar