SON XƏBƏRLƏR

Avropa Birliyi İranda insan haqlarının pozulmasına görə bəyanat yaydı

2025.01.28, 13:49
Avropa Birliyi İranda insan haqlarının pozulmasına görə bəyanat yaydı

Avropa Birliyi (AB) İranda insan haqlarının pozulmasını pisləyib və İran hakimiyyətindən hamının, xüsusən də qadın və qızların, dini və etnik azlıqların insan haqlarına hörmət etməyə çağırıb.

Gunaz.tv

Bu baədə AB-nin bəyanatnda qeyd olunub.

"İran bütün edamları dayandırmalı və ölüm hökmünün tamamilə ləğvi istiqamətində davamlı iş aparmalıdır",- bəyanatda deyilir.

Avropa Birliyinin yeni bəyanatı bu qurumun 2025-ci ildə ümumi insan hüquqları prioritetlərinə həsr olunub və onun 18-ci bəndində İranla bağlı məsələlərə toxunulub.

AB İrandan BMT-nin insan haqları mexanizmləri, xüsusilə müstəqil faktaraşdırıcı komissiya və BMT-nin İran işləri üzrə xüsusi məruzəçisi ilə tam əməkdaşlıq etməsini istəyib.

Bununla yanaşı, AB xarici vətəndaşlar və ikili vətəndaşlar da daxil olmaqla, özbaşına həbs edilən bütün insanların azadlığa buraxılmasına çağırıb.

Avropa hökumətləri İranı siyasi məqsədlər üçün xarici vətəndaşların girov götürülməsi və ikili vətəndaşlığı olanlara qarşı siyasətinə görə pisləyib.

Bəyanat müəllifləri İran hökumətindən saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılmasını və bütün məhbusların ədalətli mühakimə olunmasını tələb ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar