SON XƏBƏRLƏR

İranda işçilərin maaşları 400 faizdən çox azalıb

2025.01.28, 14:19
İranda işçilərin maaşları 400 faizdən çox azalıb

ILNA xəbər agentliyinin məlumatına görə, İranda son 10 ildə işçilərin əmək haqqıları 400%-dən çox azalıb.

Gunaz.tv

Xəbərə görə bu rəqəmlərlə işçilər yoxsulluq səviyyəsi həddində yaşamağa məcburdurlar.

Hesabata görə, 2014-cü ildəki  alıcılıq qabiliyyətinə çata bilmək üçün bu gün iki uşaq sahibi olan hər bir işçi 49 milyon tümənə yaxın maaş almalıdır.

Ancaq hazırda əmək qanununun əhatə etdiyi evli və uşaqlı işçilər üçün müavinətlər də daxil olmaqla minimum əmək haqqı 10 milyon 900 min tüməndir.

Qeyd edək ki, İranda son bir ildə, yəni ötən ilin yanvar ayrı ilə müqaisədə ev təsərrüfatı xərcləri 31,8% artıb. Bu da sadə vətəndaşlar üçün illik infilyasiyanın 30%-dən çox olması deməkdir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar