SON XƏBƏRLƏR

Hizbullah lideri müharibə zamanı "İran və İraq"ın dəstəyini vurğulayıb

2025.01.28, 14:34
Hizbullah lideri müharibə zamanı "İran və İraq"ın dəstəyini vurğulayıb

İranın IRNA dövlət mediasında yayılan xəbərə görə, Hizbullahın yeni lideri Naim Qasim Hizbullahın “İran və İraqdan” aldığı dəstəyi xüsusi vurğulayıb.

Gunaz.tv

Hizbullahın İran rejimindən dəstək aldığı və Hizbullahın İranın bir növ müttəfiqi və proxsisi olduğu həmişə məlum olan bir məsələ olub. Ancaq Hizbullahın İraqdakı proxsilərlə birbaşa əlaqəsi bu günə qədər açıq elan edilməmişdi.

Qeyd edək ki, Lübnan və İsrail, İsrail və Hizbullah arasında iki ay davam edən gərgin döyüşlərdən sonra noyabrın 27-də atəşkəs barədə razılığa gəliblər. Hizbullah liderinin bu bəyanatı da həmin atəşkəsdən sonraya təsadüf edir.

Hizbullah lideri İRNA-ya verdiyi müsahibəsində "Qəzzanın müqavimət qrupları tərəfindən 2023-cü il oktyabrın 7-də başladılan genişmiqyaslı Əl-Əqsa tufanı əməliyyatının öz məqsədinə çatdığını" iddia edib.

Xatırladaq ki, Hizbullah liderindən öncə İranın ali dini lideri Əli Xamenei də Həmasın İsrail üzərində qələbə qazandığını iddia etmişdi.

Müsahibədə Naim Qasimin İraqla bağlı şərhlərinə geniş yer verilməyib. İraqda İranın dəstəklədiyi bir sıra silahlı qruplaşmalar var. Onların bir çoxu bu illər ərzində Hizbullahı dəstəkləyib və Hizbullahla sıx əlaqələrə malikdir. Bunlara SEPAH ilə sıx bağlı olan İraqdakı Kataib Hizbullahı da daxildir.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar