SON XƏBƏRLƏR

Əsədin devrilməsindən sonra Rusiyadan Suriyaya ilk səfər

2025.01.28, 15:06
Əsədin devrilməsindən sonra Rusiyadan Suriyaya ilk səfər

Rusiya nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşqə səfər edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bu həftə Suriyanın yeni hökuməti ilə görüşəcək. Heyətə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxildir.

Agentliyin məlumatına görə, bu, Suriyada hakimiyyət dəyişikliyindən sonra Rusiya rəsmilərinin ilk səfəri olacaq. Səfərin müddəti və danışıqların gündəliyi barədə nə Suriya, nə də Rusiya tərəfi təfərrüatları açıqlamayıb.

Daha əvvəl bildirilmişdi ki, Rusiya Suriyanın yeni hakimiyyəti ilə ölkə ərazisindəki iki hərbi bazasının saxlanılması barədə danışıqlar aparır. Qeyd edək ki, bu, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiya rəsmilərinin Dəməşqə ilk səfəridir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar