SON XƏBƏRLƏR

Çinlə gərginlik fonunda Filippin gələn aydan Amerikanın Tayfun raket sistemi ilə məşqlərə başlayacaq

2025.01.28, 15:19
Çinlə gərginlik fonunda Filippin gələn aydan Amerikanın Tayfun raket sistemi ilə məşqlərə başlayacaq

Ötən həftə Çin ilə yaşanan gərginlikdən sonra Filippin ordusundan bir taqım Amerikanın orta mənzilli raket sistemindən istifadə üzrə təlim keçməyə başlayacaq.

Gunaz.tv

Qeyd edək ki, keçən ay Filippin Ordusu dənizlərdə maraqlarını təmin etmək məqsədilə Tayfun sistemini əldə etməyi planlaşdırdığını söylədikdən sonra Çindən regional “silah yarışı” ilə bağlı xəbərdarlıq gəlmişdi.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Filippini “yanlış yola getməyi dayandırmağa” çağırmışdı: “Bir daha qeyd edim ki, bu strateji hücum silahını dünyanın bu hissəsinə gətirməklə Filippin mahiyyət etibarı ilə regionda gərginlik və antaqonizm yaradır və geosiyasi qarşıdurmaya və silahlanma yarışına sövq edir”.

Filippin ordusunun sözçüsü polkovnik Loui Dema-ala isə mətbuat konfransında bildirib ki, Filippinin Ordusunun Artilleriya Alayından bir taqım fevralın ikinci və ya üçüncü həftəsindən başlayaraq Tayfun raket sistemi ilə bağlı “oriyentasiya və tanışlıq” təlimi alacaq.

Xatırladaq ki, Çin Xalq Respublikası Güney Çin dənizində təkcə Filippin ilə yox bu dənizə sahili olan bütün ölkələrlə ərazi münaqişəsi yaşayır.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar