SON XƏBƏRLƏR

Qəzzadakı atəşkəsdən sonra ciddi pozuntular qeydə alınmayıb

2025.01.28, 15:58
Qəzzadakı atəşkəsdən sonra ciddi pozuntular qeydə alınmayıb

Qəza sektorundakı atəşkəs vasitəçiləri - Qətər, Misir və ABŞ - yanvarın 19-dan atəşkəs rejiminin qüvvəyə mindiyi andan etibarən ciddi pozuntular qeydə almayıblar.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu Qətər Baş nazirinin müşaviri Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə deyib.

"Bu vaxta qədər eskalasiyaya və ya razılaşmaların pozulmasına səbəb ola biləcək ciddi atəşkəs pozuntuları olmayıb", - o bildirib.

Qeyd edək ki, yanvarın 19-da İsrail hökuməti HƏMAS ilə atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar