SON XƏBƏRLƏR

Ukrayna rəsmisi: Amerikadan hərbi yardım almağa davam edirik

2025.01.29, 13:59
Ukrayna rəsmisi: Amerikadan hərbi yardım almağa davam edirik

Ukrayna ABŞ Prezidenti Donald Trampın yardımın üç ay müddətinə dayandırıldığını elan etməsinə baxmayaraq, hərbi dəstək almağa davam edir.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu Ukraynanın Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.

"ABŞ-nin Ukraynaya hərbi yardımı davam edir", - o qeyd edib.

A.Kovalenkonun sözlərinə görə, hərbi yardımın dayandırılması barədə mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil.

Yanvarın 21-də Ağ Evdə bildiriblər ki, Tramp yardım proqramlarının ABŞ-nin xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün digər ölkələrə göstərilən yardımın 90 gün müddətinə dayandırılması barədə fərman imzalayıb.

 

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar