SON XƏBƏRLƏR

Rəsmi Bakıdan İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlama

2025.01.29, 15:22
Rəsmi Bakıdan İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlama

Azərbaycan BMT TŞ-nın qətnamələrinə əsasən İsrail-Fələstin münaqişəsinin iki dövlətli prinsip əsasında həllinin tərəfdarıdır.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən II üçtərəfli görüşünün nəticələrinə dair mətbuat konfransında bildirib.

Nazir Qəzzada əldə edilmiş atəşkəsin önəmi və vacibliyini vurğulayıb. Suriyadakı vəziyyətdən də söz açan Ceyhun Bayramov vurğulayıb ki, Suriyadakı müsbət proseslər hesabına ora Azərbaycan, Türkiyə və Özbəkistan üçün yeni əməkdaşlıq platformalarından biri olacaq. Ceyhun Bayramov Suriyada baş verən proseslərdə Türkiyənin müsbət roluna diqqət çəkib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar