SON XƏBƏRLƏR

Putin: Ukrayna ilə sülh danışıqları mümkündür, lakin Zelenski ilə yox

2025.01.30, 11:43
Putin: Ukrayna ilə sülh danışıqları mümkündür, lakin Zelenski ilə yox

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı axşam saatlarında ölkəsinin Ukrayna ilə sülh danışıqları apara biləcəyini söylədi, lakin o yenə də "qanuni" lider kimi tanımadığı Vladimir Zelenski ilə birbaşa danışmayacağını bildirib.

Gunaz.tv

“Əgər Zelenski danışıqlarda iştirak etmək istəsə, danışıqlar aparmaq üçün adamları göndərəcəyəm. Onlarda kompromis tapmaq istəyi varsa, qoy orada danışıqlara başqaları rəhbərlik etsin. Təbii ki, biz öz maraqlarımıza uyğun gələn şərtləri əldə etməyə çalışacağıq” - deyə Putin dövlət televiziyası jurnalisti Pavel Zarubinə verdiyi müsahibəsində bildirib.

Putin həmçinin iddia edib ki, Qərb Kiyevə dəstəyini kəsərsə, Ukraynada döyüşlər iki ay və ya daha az müddətdə bitəcək. O Ukraynaya hərbi və maddi yardımın dayandırılacağı təqdirdə müharibənin tez bir zamanda bitəcəyini deyib.

Vladimir Zelenski isə Putinin bu fikirlərini tənqid edərək onun danışıqlardan qaçdığını bildirib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar