SON XƏBƏRLƏR

Ərdoğan Azərbaycan və Özbəkistan XİN başçılarını qəbul etdi

2025.01.30, 13:01
Ərdoğan Azərbaycan və Özbəkistan XİN başçılarını qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Özbəkistanın nümayəndə heyətlərini qəbul edib. https://crossmedia.az/az/article/14865

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Prezident Sarayında keçirilən qapalı görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Özbəkistanın nəqliyyat naziri İlham Maxamov və Azərbaycanın rəqəmsal inkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev iştirak edib.

Görüşdə Türkiyə tərəfindən Türkiyə Xarici İşlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

Qeyd edək ki, bu gün Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü keçirilib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar