SON XƏBƏRLƏR

Suriyaya səfər edən ilk lider oldu

2025.01.30, 15:12
Suriyaya səfər edən ilk lider oldu

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Əsəd rejimindən sonra Suriyaya səfər edən ilk lider olub.

Gunaz.tv

GünazTV Reuters-ə istinadən xəbər verir ki, Qətər Əmirini Suriya prezidenti Əhməd əş-Şaraa qarşılayıb.

Şeyx Təmim bin Həməd Al Tanini qarşılama mərasimində Suriyanın baş naziri Məhəmməd əl-Bəşir, xarici işlər naziri Əsəd Həsən Şeybani, müdafiə naziri Murhaf Əbu Kasra və Qətərin Dəməşqdəki səfirliyinin çox sayda nümayəndəsi iştirak edib.

Dekabrda Qətər Əsədin hakimiyyətdən kənarlaşdırılmasından bir həftə sonra, 13 ildən artıq müddətdə Dəməşqdəki səfirliyini yenidən açacağını bildirmişdi.

Yanvarın əvvəlində Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani Dəməşqə səfər etmişdi.

Şeyx Təmim bin Həməd Al Tani Dəməşqdə mətbuat konfransında bildirib ki, Qətər Suriyaya 200 meqavat elektrik enerjisi tədarük edəcək və tədarükü tədricən artırmağı planlaşdırır.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar